Fransa, 2025-ci ildə təhvil verilmiş üç təyyarəyə əlavə olaraq, Ukraynaya iki Mirage 2000 qırıcı təyyarəsi təhvil verməyə hazırlaşır. Bu barədə “Le Journal du Dimanche ” (JDD) qəzeti məlumat yayıb.
Fransa Silahlı Qüvvələri naziri Ketrin Votren 7 fevralda Kiyevə səfərindən sonra Ukraynaya 2 milyard avro yardım vəd edib. Bu məbləğə Fransa Aerokosmik Qüvvələrindən iki 2000-5F qırıcı təyyarəsinin çatdırılması da daxildir. Nəşrin məlumatına görə, bu iki təyyarənin “növbəti altı ay ərzində” Ukrayna Hərbi Hava Qüvvələrinə çatdırılması və “2025-ci ildə təhvil verilmiş əvvəlki üç təyyarəni tamamlaması” gözlənilir.
Bu qırıcı təyyarələr partiyası Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2024-cü ildə təsdiqlənmiş müqavilənin bir hissəsidir. Avadanlıqların çatdırılmasına əlavə olaraq, buraya pilotların təlimi və təyyarələrin modernləşdirilməsi, o cümlədən hava-yer zərbəsi və elektron müharibə avadanlıqlarının quraşdırılması da daxildir. (Tass)
