İyun 29, 2026-11:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

BMU ilə Xəlifə Universiteti arasında əməkdaşlıq genişlənir

2026:02:11 - 16:36
in GÜNDƏM
A A

Bakı Mühəndislik Universiteti (BMU) ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu ali təhsil müəssisələrindən olan Xəlifə Universiteti arasında əməkdaşlığın inkişafı məqsədilə onlayn görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib.

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül çıxışında Xəlifə Universiteti ilə mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərinə toxunub. O, ötən ay BMU nümayəndə heyətinin Xəlifə Universitetinə getdiyini xatırladaraq, bu səfərin tərəflər arasında etimadın möhkəmlənməsi və əməkdaşlığın qurulması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Prorektor mühəndislik, texnologiya, innovasiya və elmi-tədqiqat sahələrində birgə layihələrin reallaşdırılması, mübadilə proqramları, həmçinin ikili diplom və digər akademik əməkdaşlıq imkanlarına diqqət çəkib.

Hər iki universitetin professor-müəllim heyətinin iştirak etdiyi görüş zamanı tərəflər mövcud əlaqələrin perspektivlərini müzakirə edərək, əlaqəli elmi sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, tədqiqat əməkdaşlığının qurulması, qarşılıqlı təcrübə mübadiləsinin təşkili məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar. Həmçinin professor-müəllim heyəti səviyyəsində əməkdaşlığın gücləndirilməsi, birgə elmi nəşrlərin hazırlanması imkanları nəzərdən keçirilib. Tərəflər arasında institusional əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsi istiqamətində ilkin razılığa gəlinib.

Xəlifə Universiteti BƏƏ-nin aparıcı ali təhsil ocaqlarından biri olmaqla, beynəlxalq reytinq cədvəllərində yüksək mövqeyə malikdir və elm, mühəndislik, texnologiya, tədqiqat sahələrində güclü akademik potensialı ilə seçilir.

Əvvəlki Yazı

Milli terminoloji düşüncə və folklor: dilin daxili mənbələrinə dönüş

Növbəti Yazı

Azərbaycan-Türkiyə peşə təhsili əməkdaşlığı icra mərhələsinə keçir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.