İyul 1, 2026-2:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Deputat: TRIPP Azərbaycanın Avrasiyada mühüm tranzit və logistika mərkəzinə çevrilməsində xüsusi rol oynayacaq

2026:02:12 - 12:48
in SİYASƏT
A A

Prezident İlham Əliyevin müdrikliklə müəyyənləşdirdiyi praqmatik və çoxtərəfli xarici siyasət kursu milli maraqların qorunması ilə yanaşı, beynəlxalq sistemdə müxtəlif güc mərkəzləri ilə qarşılıqlı səmərəli münasibətlərin qurulmasını da təmin edir. Çoxşaxəli diplomatiya Azərbaycana həm regional, həm də qlobal müstəvidə mövqelərini gücləndirmək, həmçinin müxtəlif geosiyasi mərkəzlər arasında körpü rolunda çıxış etmək imkanı yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı səsləndirib.

Müstəqillik illərində Azərbaycan–ABŞ münasibətlərinin enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığa, eləcə də terrorizmə qarşı birgə mübarizəyə əsaslandığını bildirən deputat qeyd edib ki, ötən ilin avqustunda Azərbaycan Prezidentinin ABŞ-a səfəri və Ağ Evdə Prezident Donald Trampla keçirilən tarixi görüş iki ölkə arasında fəal siyasi dialoqun əhəmiyyətli dərəcədə intensivləşməsinə səbəb oldu. Məhz həmin səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalandı. Sənədin imzalanmasından sonra işçi qruplarının mütəmadi görüşləri və müxtəlif istiqamətlər üzrə aparılan fəal danışıqlar tərəflərin bu sənədə verdikləri önəmi, strateji tərəfdaşlığın dərinləşdirilməsinə olan marağı aydın şəkildə nümayiş etdirdi.

M. Qasımlı bildirib ki, cari ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan və ABŞ prezidentləri arasında baş tutan növbəti görüş isə ölkələrin fəal siyasi dialoqunun, rəsmi Bakı ilə Vaşinqton arasındakı münasibətlərin inkişaf dinamikasını təsdiqlədi. ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri ilə ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açıldı. Prezident İlham Əliyev ilə Vitse-prezident Cey. Di. Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında beynəlxalq hüququn fundamental prinsiplərinə söykənən əməkdaşlığı qlobal çağırışlar fonunda təhlükəsizlik, enerji, geoiqtisadi inteqrasiya və yüksək texnologiyalar sahəsində uzunmüddətli, sistemli tərəfdaşlıq platformasına çevirir.

Sənədin regional sabitliyin möhkəmlənməsi baxımından əhəmiyyətini qeyd edən parlamentari deyib: “Xartiyada da önəmi xüsusi vurğulanan TRIPP layihəsi ölkəmizin Avrasiya məkanında mühüm tranzit və logistika mərkəzinə çevrilməsində xüsusi rol oynayacaq. Yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyacaq bu layihə alternativ marşrutların formalaşdırılması ilə qlobal təchizat zəncirlərinin dayanıqlığına önəmli töhfə verəcək. Eləcə də iki ölkə arasında tərəfdaşlıqda enerji sektoru mühüm rola malikdir. Təchizat marşrutlarının şaxələndirilməsi, interkonnektor layihələri və alternativ enerji sahəsində əməkdaşlıq qlobal enerji təhlükəsizliyi sistemində Azərbaycanın mövqelərinin güclənməsinə xidmət edəcək”.

Deputat vurğulayıb ki, süni intellekt, rəqəmsal infrastruktur və innovasiya istiqamətlərində ABŞ ilə əməkdaşlıq üçün geniş imkanlar açan Xartiyada müdafiə və təhlükəsizlik, o cümlədən kibertəhlükəsizlik və humanitar minatəmizləmə sahələrində tərəfdaşlığa dair məsələlər də yer alıb.

“Ümumilikdə dünyanın aparıcı ölkələri, o cümlədən Çin və ABŞ kimi qlobal aktorlarla strateji tərəfdaşlıq əlaqələrinin qurulması Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirir və onun geosiyasi manevr imkanlarını genişləndirir. Qazanılan bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və praqmatik xarici siyasət kursunun parlaq nəticəsidir”, – deyə Mircəlil Qasımlı əlavə edib.

Əvvəlki Yazı

Ekspert: Azərbaycanın Vaşinqtonla da çox əhatəli və dolğun gündəliyi var

Növbəti Yazı

Azərbaycan süni intellekt və rəqəmsal arxitektura üzrə yeni inkişaf mərhələsinə qədəm qoyur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.