İyul 1, 2026-8:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Komitə sədri: ABŞ-ın Vitse-prezidentinin səfəri siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələri yeni mərhələyə yüksəldir

2026:02:12 - 13:46
in SİYASƏT
A A

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində keçirilmiş yüksəksəviyyəli görüşlər iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Prezident İlham Əliyevin mətbuata bəyanatı isə Azərbaycan-ABŞ əməkdaşlığının hazırkı vəziyyətini, strateji mahiyyətini və perspektivlərini kompleks şəkildə ortaya qoyması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi dinamikanın sürətlə dəyişdiyi, təhlükəsizlik risklərinin artdığı, yeni iqtisadi və siyasi reallıqların meydana çıxdığı bir şəraitdə Azərbaycan ilə ABŞ arasında tərəfdaşlığın dərinləşdirilməsi regional və qlobal sabitlik üçün strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq qarşılıqlı hörmətə, beynəlxalq hüququn norma və prinsiplərinə, bərabərhüquqlu tərəfdaşlıq yanaşmasına əsaslanır ki, bu da həm iki ölkənin maraqlarına, həm də regionda dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.

“Prezident İlham Əliyevin çıxışında ABŞ ilə münasibətlərə verilən önəm xüsusi vurğulanıb, Tramp-Vens administrasiyasının Azərbaycana göstərdiyi müsbət münasibətə görə minnətdarlıq ifadə edilib. Dövlətimizin başçısının “dünyanın ən güclü dövləti ilə strateji tərəfdaş olmaq bizim üçün böyük şərəfdir” fikri münasibətlərin uzunmüddətli və dayanıqlı xarakterini aydın şəkildə əks etdirir.

Bəyanatın diqqət çəkən istiqamətlərindən biri də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP layihəsi ilə bağlıdır. Prezident İlham Əliyev bu təşəbbüsü regional əməkdaşlığın genişlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və dayanıqlı sülhün möhkəmlənməsinə xidmət edən mühüm platforma kimi qiymətləndirib. Layihənin nəqliyyat-logistika əlaqələrinin inkişafına, yeni iqtisadi marşrutların formalaşmasına və qarşılıqlı faydalı tərəfdaşlıq modelinin təşviqinə töhfə verdiyi qeyd olunub”, – deyə komitə sədri bildirib.

O deyib ki, Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri, xüsusilə də Strateji Xartiyanın imzalanması kontekstində, ikitərəfli münasibətlərdə tarixi hadisə hesab edilir. Strateji Xartiya əməkdaşlığın hüquqi-institusional bazasını gücləndirir, prioritet istiqamətləri müəyyənləşdirir və uzunmüddətli tərəfdaşlıq üçün etibarlı çərçivə formalaşdırır. Səfər çərçivəsində aparılan müzakirələr siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələri yeni mərhələyə yüksəldərək, Azərbaycan-ABŞ münasibətlərinin dərin strateji məzmununu daha da gücləndirib.

“Prezident İlham Əliyevin bəyanatı və ABŞ-ın Vitse-prezidentinin səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın güclü siyasi iradə ilə dəstəkləndiyini və regionda sülh, sabitlik və rifah naminə birgə fəaliyyətin davam etdiriləcəyini təsdiqləyir”, – deyə S.Novruzov vurğulayıb.

Əvvəlki Yazı

Kafedə deputatların zəhərlənməsi səbəbindən Rada iclas keçirə bilməyib

Növbəti Yazı

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı: siyasi etimaddan iqtisadi inteqrasiyaya doğru

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.