ABŞ dövlət katibi Marko Rubio İranla razılığa gəlməyin asan olmayacağını, lakin Vaşinqtonun buna nail olmaq üçün bütün səylərini əsirgəməyəcəyini bildirib.
“İranla razılaşma əldə etmək çətindir. Biz həmişə bunun çətin olduğunu demişik, amma çalışacağıq. Danışıqlar aparanlarımız hazırda ora gedirlər. Görüşlər keçirəcəklər. Görəcəyik nə olacaq. Ümid edirik ki, razılaşma əldə olunacaq”, – deyə ABŞ dövlət katibi Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuat konfransında bildirib. (Tass)
