Bloomberg mənbələrə istinadən xəbər verir ki, Elon Maskın SpaceX və xAI şirkətləri səs əmrlərindən istifadə edərək dron dəstələrini idarə etmək üçün bir texnologiya hazırlamaq məqsədilə Pentaqonda keçirilən qapalı texnologiya müsabiqəsinə qoşulublar.
Agentlik yazır ki, Maskın iki şirkətinin süni intellektlə təchiz olunmuş silahların hazırlanmasında iştirakı iş adamı üçün yeni və potensial olaraq mübahisəli bir mərhələni qeyd edir. Maskın şirkətləri yanvar ayında başlayan 100 milyon dollarlıq müsabiqədə seçilmiş azsaylı iştirakçılar arasındadır. Təşəbbüs havada və dənizdə birdən çox dronların eyni vaxtda idarə olunması üçün səs əmrlərini rəqəmsal təlimatlara çevirə bilən texnologiya yaratmaq məqsədi daşıyır.
Bu müdafiə təşəbbüsü çərçivəsində inkişaf proqram təminatının hazırlanmasından tutmuş sahə sınaqlarına qədər beş mərhələdə davam edəcək. Bu, ikinci Tramp administrasiyası dövründə yaradılmış Müdafiə İnnovasiya Bölməsi və Muxtar Hərb Qrupu tərəfindən təşkil olunur.

Musk əvvəllər hədəfləri müstəqil şəkildə seçə və vura bilən hücum muxtar silahlarının istifadəsinin qadağan edilməsini müdafiə etmişdi. (Tass)