İranın Ali Lideri Əli Xamenei bildirib ki, ABŞ prezidenti Donald Tramp əvvəlki Amerika liderləri kimi İslam Respublikasını məhv edə bilməyəcək.
“ABŞ prezidenti bildirib ki, ABŞ 47 ildir İslam Respublikasını məhv edə bilmir. Bu, yaxşı etirafdır. Deyirəm ki, siz də edə bilməzsiniz”, – deyə o, İran sakinləri ilə görüş zamanı IRIB televiziyasında bildirib.
Xamenei əlavə edib ki, hətta amerikalıların özlərininki hesab etdiyi “ən güclü ordu” belə, özünə gələ bilməyəcək qədər ağır bir zərbə ala bilər. “Əlbəttə ki, təyyarədaşıyan gəmi təhlükəli bir silahdır, lakin təyyarədaşıyan gəmidən daha təhlükəlisi həmin gəmini dənizin dibinə göndərə biləcək bir silahdır”, – deyə o vurğulayıb.
