Qırğızıstanda prezident seçkiləri gələn il yanvarın 24-nə təyin edilib. Bu qərar ölkənin Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib.
“Qırğızıstan Respublikasında növbəti prezident seçkiləri “Qırğızıstan Respublikası Prezidentinin və Qırğızıstan Respublikası Yoqorqu Keneşinin (Ali Şurası – TASS qeydi) deputatlarının seçkiləri haqqında” Qırğızıstan Respublikası Konstitusiya Qanununun 10-cu fəslinə uyğun olaraq 2027-ci il yanvarın dördüncü bazar günü (24 yanvar 2027-ci il) keçiriləcək və onların təyinatı Yoqorqu Keneş tərəfindən səsvermə günündən ən geci dörd ay əvvəl (24 sentyabr 2026-cı il tarixindən gec olmayaraq) edilməlidir”, – deyə məhkəmənin açıqlamasında bildirilir.
