Avqust 20, 2026-3:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Heydər Əliyev və Türk dünyası” mövzusunda tədbir keçirilib

2026:02:17 - 16:09
in SOSİAL
A A

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzi və Evrika Liseyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Türk dünyası” adlı tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə layihənin rəhbəri, Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında və Türk dünyası birliyinin möhkəmləndirilməsində oynadığı tarixi roldan ətraflı bəhs edib. Cəlal İbrahimli Naxçıvanda başlanan milli mübarizə xəttinin sonradan ümummilli miqyas aldığını qeyd edib. Vurğulayıb ki, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı Türk dünyası birliyinin strateji dayaqlarından birinə çevrilib.

Cəlal İbrahimli gənclərə müraciət edərək, savadlı, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı gəncliyin Türk dünyasının gələcəyi üçün əsas təminat olduğunu diqqətə çatdırıb.

Evrika Liseyinin təsisçisi Xudu Rzayev və liseyin direktoru Ofeliya Muradova gənc nəslin vətənpərvər ruhda böyüməsinin, milli dəyərlərə sadiq qalmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, belə tədbirlər gənclərə tarixi irsimizi daha dərindən öyrənmək, milli kimlik şüurlarını gücləndirmək və gələcəkdə dövlətə faydalı vətəndaşlar olmaq üçün vacib imkanlar yaradır.

ADU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev Heydər Əliyevin dil siyasətindən danışıb, Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində görülən işləri elmi aspektdən təhlil edib.

Azərbaycanın görkəmli şairi Rüstəm Behrudi Türk dünyasının ortaq ruhu, milli kimlik və istiqlal ideyasının bədii-fəlsəfi mahiyyətinə toxunub. Ulu Öndər Heydər Əliyevin bu ideyanın siyasi ifadəçisi kimi tarixdə xüsusi yer tutduğunu, Ümummilli Liderin Azərbaycan dilinin qorunmasında önəmli xidmətləri olduğunu vurğulayıb.

Daha sonra Evrika Liseyinin direktor müavinləri Bahar İsgəndərova, Nazan Akkoyun və Aygün Kərimova gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində belə maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib, Türk dünyası mövzusunun təhsil mühitində davamlı şəkildə diqqətdə saxlanılmasının vacibliyini bildiriblər.

Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Qeyd edilib ki, “Heydər Əliyev və Türk dünyası” adlı tədbir milli birlik ideyasının təbliği, dövlətçilik irsinin gənc nəslə çatdırılması və Türk dünyasının ortaq gələcəyinə dair baxışların müzakirəsi baxımından əhəmiyyətli platformadır.

Əvvəlki Yazı

Şagirdlərin nəzərinə: iqtisadiyyat müsabiqəsinə qeydiyyat başlanıb

Növbəti Yazı

Hüquq müdafiəçisi: Azərbaycan Prezidentinin Serbiyaya səfəri iki xalq üçün yeni əməkdaşlıq və rifah imkanları yaradır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.