Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə kəşfiyyatına İsrailin Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovları öldürə biləcək zərbələrini araşdırmağı tapşırıb. O, bunu Almaniyadan qayıdan təyyarəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.
“İsrailin indiyə qədər Qəzzada davranışı hər kəsi, o cümlədən öz vətəndaşlarını öldürmək olub. Biz bu məsələ ilə bağlı kəşfiyyat təşkilatımızı aktivləşdirmişik və hazırda araşdırma aparır. Nəticə əldə etmək üçün çalışırıq. Nəticə əldə etsək, çox gözəl olar”, – dövlət Anadolu Agentliyi onun sözlərini sitat gətirib. (Tass)