İyul 2, 2026-21:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir

2026:02:19 - 11:01
in MƏDƏNİYYƏT
A A

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə beynəlxalq qastronomiya reytinqi və təsnifat platforması olan “La Liste” təşkilatının beynəlxalq direktoru Stefani Kim Azərbaycana səfər edib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi Azərbaycanın zəngin kulinariya ənənələrinin, yerli məhsullarının və müasir restoran sənayesinin beynəlxalq səviyyədə tanıdılması, həmçinin ölkənin qastronomiya potensialının “La Liste” kimi nüfuzlu beynəlxalq reytinq platformasında təşviqidir.

Səfər proqramı çərçivəsində Stefani Kim Bakının tanınmış hotelləri, restoranları və qastronomiya məkanlarını ziyarət edərək onların konsepsiyası və kulinariya yanaşmaları ilə yaxından tanış olub. Qonağa həm ənənəvi Azərbaycan mətbəxindən, həm də beynəlxalq kulinariya trendlərindən müxtəlif kulinariya nümunələri təqdim edilib.

Stefani Kim Dövlət Turizm Agentliyində rəsmi görüşlər keçirib, eləcə də kulinariya sahəsinin nümayəndələri, aşpazlar, qastronomiya ekspertləri və sektorun digər təmsilçiləri ilə görüşərək fikir mübadiləsi aparıb.

Proqram əsasında Bakı ilə yanaşı, regionlara səfər edilib, yerli qastronomiya ənənələri, regional məhsullar və turizm imkanları ilə tanış olunub.

2015-ci ildə təsis edilmiş “La Liste” çoxsaylı qastronomiya bələdçilərindən və onlayn mənbələrdən toplanan məlumatlara əsaslanan beynəlxalq qastronomik reytinq platformasıdır. Platforma 700-dən çox beynəlxalq bələdçi, müxtəlif veb-saytlar və mətbuat rəylərindən istifadə edərək dünyanın ən yaxşı restoranlarını, hotellərini və şirniyyat mağazalarını vahid reytinqdə təqdim edir.

Hazırda 200 ölkədən 40 minə yaxın qastronomik obyekt üzrə məlumatı əhatə edən platforma minlərlə nəşrə, 1100-dən çox peşəkar mənbəyə və milyonlarla onlayn rəyə əsaslanaraq istifadəçilər üçün dünyanın hər yerindən yüksəksəviyyəli qastronomik təcrübələri cəmləşdirir.

“La Liste” ilə əməkdaşlıq restoran və hotellər üçün beynəlxalq səviyyədə tanınmaq baxımından yeni imkanlar açaraq qlobal bazarda rəqabət üstünlüyü yaradır.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyinin möhkəmləndirilməsi, yerli restoranların və aşpazların qlobal səviyyədə tanıdılmasına dəstək verilməsi, həmçinin ölkəmizin qastronomiya turizmi istiqamətində potensialının təşviqi Dövlət Turizm Agentliyinin prioritetlərinə daxildir.

Əvvəlki Yazı

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb

Növbəti Yazı

Almaniya Azərbaycandan xam neft alışını azaldıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.