Böyük Britaniya kralı III Çarlz vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək həbs edilən qardaşı Endryu Mauntbetten-Vindzorla amerikalı maliyyəçi Ceffri Epşteyn arasındakı əlaqələrin araşdırılmasında polislə əməkdaşlıq etməyə hazırdır. Bu barədə Bukinqem Sarayının yaydığı bəyanatda bildirilir.
“Endryu Mauntbatten-Vindzor və vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları ilə bağlı xəbərlərdən ən dərin narahatlıqla xəbər tutdum. Artıq bu məsələnin müvafiq orqanlar tərəfindən düzgün araşdırılması üçün tam, ədalətli və hərtərəfli bir proses olmalıdır. Daha əvvəl də dediyim kimi, onlar mənim tam və səmimi əməkdaşlığıma və köməyimə güvənə bilərlər”, – deyə məlumatda bildirilir. (Tass)
