Ötən gecə İsrailin Qəzza sektorunu bombalaması nəticəsində azı 31 nəfər həlak olub.
Bu barədə Al Jazeera telekanalı tibb strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ölənlərin hamısı İsrailin anklavın mərkəzi hissəsində yerləşən yaşayış binalarına endirdiyi zərbələrin qurbanı olub. (Tass)