ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş bir sıra sanksiyaların müddətini bir il uzadıb. Bu, ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə təqdim edilən bildirişdən irəli gəlir.
Sənəddə ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası tərəfindən 2022-ci ilin fevral ayında, Tramp administrasiyası tərəfindən 2018-ci ilin sentyabr ayında (ilk prezidentlik müddəti ərzində) və ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyası tərəfindən 2014-cü ilin mart və dekabr aylarında Krımla bağlı Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən bəhs olunur. Sənəddə vurğulandığı kimi, Tramp hesab edir ki, bütün bu məhdudlaşdırıcı tədbirlər “6 mart 2026-cı ildən sonra da qüvvədə qalmalıdır”.
Vaşinqton administrasiyasının rəhbəri bildirib ki, “bu sərəncamlarda nəzərdə tutulan hərəkətlər və siyasətlər ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasət maraqları üçün qeyri-adi və fövqəladə bir təhdid yaratmaqda davam edir. Buna görə də, 13660 nömrəli İcra Fərmanında elan edilmiş sanksiyalar fövqəladə vəziyyəti bir il müddətinə uzadıram”, – deyə Amerika lideri əlavə edib. (Tass)
