İyun 28, 2026-21:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azər Badamov: İlham Əliyevin qaldığı hotelə soxulmağa cəhd edən bir qrup vətən xaininə azərbaycanlı da demək olmaz

2026:02:20 - 12:13
in SİYASƏT
A A

ABŞ-də səfərdə olan Prezident İlham Əliyevin qaldığı hotelə güclə soxulmağa cəhd edən bir qrup vətən xaininin təxribatçı hərəkətlərinin qarşısını Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşları və ABŞ polisi operativ müdaxilə edərək peşəkarcasına alıblar.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin yaz sessiyasının bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun fikrincə, bu hadisə Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının yüksək səviyyədəki peşəkarlığını və ölkənin rəhbərinin təhlükəsizliyinin təmin edilməsi üçün atılan mühüm addımları bir daha nümayiş etdirir:

“Dövlət başçısı xarici səfərdə olarkən o, öz şəxsi kimliyi ilə deyil, millətin iradəsinin simvolu kimi çıxış edir. O, bayrağımızı, suverenliyimizi və dövlətçiliyimizi təmsil edir. Ona qarşı atılan hər bir təxribatçı addım, əslində, onun təmsil etdiyi xalqa və dövlətə qarşı yönəlmiş hörmətsizlikdir”.

Azər Badamov vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin başçısının yürütdüyü müstəqil siyasət, regionda sülh reallıqlarını yaratması, dünyada nüfuz sahibi olması, Münhendə, Vaşinqtonda və digər beynəlxalq platformalarda hörmətlə qarşılanan və sözün çəkisi olan Lider olması çoxlarını narahat edir:

“Onlar öyrəşiblər ki, Azərbaycan xalqı torpaqları işğal altında olan, beynəlxalq platformalarda pozulmuş hüquqlarının bərpasına çağırışlar edən və əzilmiş xalq kimi görünsün. Amma bu gün xalqımızın qalib və başı uca gəzməsi çoxlarının yuxusunu qaçırdıb”.

Deputat qeyd edib ki, bəziləri həmin təxribatçıları radikal müxalifətin nümayəndələri də adlandırır:

“Hesab edirəm ki, bu təxribatları törədən ünsürlər heç vaxt müxalifət ola bilməz. Müxalifət mübarizəni siyasi meydanda aparar. Amma bu milli satqınlar şovinist erməni dairələrin və xarici xüsusi xidmət orqanların cızdıqları ssenarilərə uyğun şəkildə hərəkət edirlər. Mən onlara heç azərbaycanlı deməzdim. Satqının nə milləti, nə də vətəni olur”.

Əvvəlki Yazı

Hafiz Quliyev: Arif Babayev tələbələrinə böyük irs qoyub

Növbəti Yazı

Billurə Ələkbərli: Əsərin ümumi hazırlıq prosesi bir ay davam edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.