ABŞ prezidenti Donald Trampın əmri ilə İranda şəxslərə qarşı sui-qəsd variantını nəzərdən keçirir. Reuters agentliyinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, hücumun planlaşdırılması “inkişaf mərhələsindədir”.
Kimin hədəfə alına biləcəyi barədə heç bir məlumat verilməyib. Agentlik bir mənbəyə istinadən bildirir ki, “12 günlük müharibə və İsrailin fərdlərə hücumları bu yanaşmanın effektivliyini həqiqətən nümayiş etdirib”.
Amerika rəsmilərinin fikrincə, Vaşinqtonun planlarına respublikada “rejim dəyişikliyi” cəhdi də daxil ola bilər. (Tass)
