İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın şərqindəki Baalbek bölgəsindəki şiə təşkilatı Hizbullahın hərbi qanadının komandanlıq mərkəzinə zərbələr endirib.
Bəyanatda deyilir: “İsrail Müdafiə Qüvvələri Livanın Baalbek bölgəsindəki Hizbullah komandanlıq mərkəzinə zərbə endirib. Bu mərkəz təşkilat daxilindəki terrorçular tərəfindən İsrail qüvvələrinə və İsrail dövlətinə qarşı hücumlar hazırlamaq üçün istifadə olunur. Terrorçuların komandanlıq mərkəzindəki hərəkətləri İsrail ilə Livan arasında atəşkəsin pozulması və İsrail dövləti üçün təhdid təşkil edir”.
İsrail ordusu Hizbullahı “hədəflərini sistematik şəkildə mülki əhali arasında yerləşdirməkdə” və “terror hücumları hazırlamaq üçün mülki şəxslərdən canlı qalxan kimi istifadə etməkdə” günahlandırdı. Ordu “İsrailə qarşı hər hansı bir təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçməyə davam edəcəyinə” söz verib. (Tass)
