ABŞ tərəfindən yığılan idxal rüsumlarının mümkün geri qaytarılması məsələsi artıq Amerika məhkəmə sistemində uzun müddət müzakirə mövzusu olacaq. Bu barədə ABŞ Prezidenti Donald Tramp ABŞ Ali Məhkəməsinin idxal rüsumlarının tətbiqinə qarşı qərarına cavab olaraq Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.
O, idxal rüsumlarının tətbiqi yolu ilə toplanan vəsaitlərin geri qaytarılması ehtimalını şərh edərkən vurğuladı ki, “Mən sizə indi cavab verdim, elə deyilmi? Mən sizə cavabı verdim. Bu, müzakirə mövzusu deyil. Bu iş növbəti beş ili məhkəmədə keçirməyimizlə başa çatacaq”. (Tass)
