Danışıqlar Ukrayna böhranının yeganə həlli olaraq qalır; münaqişə tərəfləri hərtərəfli sülh müqaviləsi bağlamalıdırlar. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin brifinqdə bildirib.
Diplomat qeyd edib ki, “Ukrayna böhranı ilə bağlı dialoq qapıları nəhayət ki, bu yaxınlarda açılıb və tərəflər danışıqların gedişatını davam etdirirlər”. Onun sözlərinə görə, Pekin münaqişə tərəflərinin uzunmüddətli və məcburi razılaşmaya çatmaq üçün bu fürsətdən istifadə edəcəyinə ümid edir.
Mao Ninq Çinin bu məsələ ilə bağlı mövqeyinin ardıcıl və aydın olduğunu və ölkəsinin sülhə nail olmağa yönəlmiş bütün səyləri dəstəklədiyini vurğuladı. O, əlavə etdi ki, Çin siyasi həlli asanlaşdırmaq üçün beynəlxalq birliklə konstruktiv əməkdaşlığı davam etdirməyə hazırdır. (Tass)
