İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, 28 fevraldan bəri ABŞ və İsrailin hücumları nəticəsində ən azı 555 iranlı həlak olub.
Fars xəbər agentliyi idarədən sitat gətirərək bildirib ki, “ölkənin 131 rayonu düşmənin son hücumları nəticəsində zərər çəkib. 555 həmvətənimiz həlak olub. Yardım, nəqliyyat və tibbi yardım göstərmək üçün əməliyyatlar davam edib” .
