İyun 18, 2025-7:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Komitə sədri: “İnsan hüquqlarının daha etibarlı qorunmasında ən yaxşı təcrübələrin öyrənilməsinə nail ola bilərik”

2023:11:20 - 10:14
in SOSİAL
A A

“Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası kimi misli görünməmiş bir çağırışla necə mübarizə barədə çaşqın olduğu bir dövrdə Azərbaycanın sədrliyi altında məhz Qoşulmama Hərəkatı qlobal səylərin birləşdirilməsində önəmli rol oynayıb”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə konfransında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, 2020-ci ilin mayında Hərəkatın onlayn zirvə görüşü və daha sonra dekabrında BMT Baş Assambleyasının məsələ üzrə xüsusi sessiyasının keçirilməsi bunun bariz nümunəsi olub:

“Bu fəaliyyətlərə əlavə olaraq, Hərəkatın yeni yaradılmış Parlament şəbəkəsi və Gənclər Təşkilatı kimi təsisatlarının çoxtərəfli əməkdaşlığa ciddi töhfə olduğunu böyük qürur hissi ilə qeyd etmək istərdim. 2023-cü ilin iyul ayında Əlaqələndirmə Bürosunun Nazirlər Görüşündə İlham Əliyevin Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması üzərində işlərin getdiyini bəyan etməsindən bir neçə ay keçir. Budur, artıq Azərbaycan sədr olaraq digər üzv ölkələrlə birgə Hərəkatın qadın ölçüsü istiqamətində də aktivləşməsi məqsədilə əməli addımlar atmaqdadır. Bu gün Sizinlə birlikdə bu möhtəşəm konfransda qadın və qızların hüquqlarının qorunması və səlahiyyətləndirilməsi sahəsində ideya və təşəbbüslər ətrafında birləşə biləcəyimiz təşəbbüsün ilk təməl daşlarını qoymaqdayıq. Biz bu vasitə ilə insan hüquqlarının daha etibarlı qorunması sahəsində ən yaxşı təcrübələrin öyrənilməsinə, ədalət və humanizm ideallarına sadiq qalmaqla, beynəlxalq arenada ortaq maraqlarımızı qorumağa nail ola bilərik”.

Əvvəlki Yazı

Erməni terrorçu Xocalıda qətlə yetirdikləri 200 mülki şəxsin meyitini Əsgəran qalası ətrafında basdırdıqlarını etiraf edib

Növbəti Yazı

İsmət Qayıbovun oğlu: “Ümid edirəm ki, Qarakənd faciəsi ilə bağlı cinayət işi yenidən açılar”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.