Aprel 25, 2026-2:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Cənub Qaz Dəhlizi Azərbaycanın etibarlı tərəfdaş olduğunu göstərir – ŞƏRH

2026:03:02 - 14:44
in SİYASƏT
A A

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarının Bakıda keçirilməsi faktının özü Azərbaycanın təkcə Avropanın deyil, qlobal miqyasda enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunun əhəmiyyətli olduğunu göstərir. Hər il keçirilən bu tədbirlərdə qaz ixracının həcmi, interkonnektorların qurulması, təbii qazın qiyməti, idxalçıların dəhlizin genişləndirilməsi üçün yatırdıqları sərmayə və digər məsələlər müzakirə olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Pripritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropanın artıq 16 ölkəsini təbii qazla təmin edir. Bu gün Ukraynada baş verən müharibənin nəticəsi olaraq Avropanın enerji təhlükəsizliyinə böyük təhdid yaranıb və Azərbaycan Avropanın ehtiyaclarını ödəmək üçün əsas qaz ixracatçısına çevrilib.

“Azərbaycan Rusiya ilə Ukrayna arasında baş verən müharibədən çox əvvəl Cənub Qaz Dəhlizinin tikintisinə başlayıb və hasil etdiyi qazı Avropa bazarına çıxarmaq niyyətində idi. Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasil edilir. 2018-ci il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edir. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) kubmetrdir.

Azərbaycan qlobal miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyi üçün Qərbdən siyasi zəmanət alır. Bu zəmanət ölkəmizdə dayanıqlı inkişafın təmin olunmasına yardım göstərir. Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda sülhə və əmin-amanlığın hökm sürməsinə çalışması da Qərb sərmayədarları tərəfindən dəstəklənir. Qərb dövlətləri regionda sabitliyin daimi xarakter daşımasında maraqlıdırlar ki, enerji ehtiyacları ödənsin. Bu qarşılıqlı əməkdaşlıq dövlətimizin praqmatik siyasətinin nəticəsidir”, – deyə ekspert əlavə edib.

Əvvəlki Yazı

İran İnqilab Keşikçiləri: Biz onun ofisini vurduq, Netanyahunun taleyi məlum deyil

Növbəti Yazı

Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən törədilən sistematik və düşünülmüş müharibə cinayəti idi ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.