İsrail ordusu İranda ballistik raketlər də daxil olmaqla, silah istehsalı ilə məşğul olan sənaye obyektlərinə bir sıra zərbələr endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: “İran boyunca həyata keçirilən hücumlarda İsrail Müdafiə Qüvvələri silah istehsalı üçün istifadə edilən sənaye obyektlərini, xüsusən də İsrail dövləti üçün mövcud təhlükə yaradan ballistik raketləri hədəf alıb”. (Tass)
