Fransa silahlı qüvvələri lap əvvəldən Yaxın Şərqdəki dost ölkələrə qarşı İran hücumlarının dəf edilməsində iştirak edib və onları dəstəkləməyə davam edəcək. Bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey Sarayının mətbuat xidməti tərəfindən yayımlanan televiziya çıxışında bildirib.
Makron bildirib ki, “Biz dərhal reaksiya verdik və münaqişənin ilk saatlarında müttəfiqlərimizin hava məkanını qorumaq üçün özünümüdafiə məqsədilə dronları vurduq”.
