İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının müşaviri general İbrahim Cabarinin sözlərinə görə, İranın Hörmüz boğazını bağlaması səbəbindən neftin qiyməti bir barel üçün 200 dollara çata bilər.
İSNA onun sözlərini sitat gətirib: “Biz Hörmüz boğazını bağladıq. Neftin qiyməti artıq 80 dolları keçib və tezliklə 200 dollara çatacaq. Həyatı və ölümü neftdən asılı olan ABŞ borc və daxili problemlərdən əziyyət çəkir. Amerika neftə susamışdır. Onlara bildirin ki, biz hələlik Hörmüz boğazını bağlamışıq və gəmilərin keçməsinə icazə vermirik ” .
Onun sözlərinə görə, İran “buradan yanacaq ixrac etməyə çalışan istənilən ölkəyə zərbə endirəcək; indiyə qədər bir neçə gəmini vurub”.
