Şiə Hizbullah hərəkatı yəhudi dövlətinin şimal bölgəsindəki Metula şəhəri yaxınlığında yerləşən bir qrup İsrail əsgərinə raket hücumu həyata keçirib. Bu barədə Hizbullahın Telegram kanalında dərc olunmuş bəyanatda bildirilib.
Bəyanatda deyilir ki, “İslam Müqavimətinin tərəfdarları Metula yaxınlığındakı düşmən [İsrail] qüvvələrinin cəmləşdiyi əraziyə raket atəşi açıblar”. Hücumun 4 mart səhəri baş verdiyi vurğulanır. Hərəkatın bəyanatında İsrail qoşunları arasında mümkün itkilər barədə heç bir məlumat verilmir. (Tass)
