İranın Ekspertlər Şurası ölkənin yeni Ali Liderinin seçilməsi prosesinə başlayıb və katiblik yekun qərarı açıqlayacaq. Bu barədə Şura üzvü Mahmud Rəcəbi məlumat verib.
İSNA xəbər agentliyi onun sözlərini sitat gətirərək bildirib ki, İnqilab liderinin seçilməsi prosesi başlayıb və son xəbər Ekspertlər Şurasının katibliyi vasitəsilə elan ediləcək” .
Ekspertlər Şurası İranın Ali Liderinin seçilməsi üçün məsul olan məsləhətçi orqandır. O, səkkiz illik müddətə seçilən 88 ilahiyyatçı və hüquqşünasdan ibarətdir. İran İslam Respublikası Konstitusiyasının 111-ci maddəsində deyilir ki, “Ali Liderin ölümü, istefası və ya vəzifədən kənarlaşdırılması halında ekspertlər mümkün qədər tez yeni bir lider təyin etmək və namizəd göstərmək məcburiyyətindədirlər”. (Tass)
