İyun 3, 2026-8:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Tələbələrin əmək bazarına hazırlığı üçün BDU və “PROSOL” şirkəti birgə fəaliyyətə başlayır

2026:03:04 - 16:40
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzi və “PROSOL” QSC-nin əməkdaşları arasında görüş keçirilib. Görüşün məqsədi universitet–şirkət əməkdaşlığının genişləndirilməsi, tələbələrin əmək bazarına hazırlığının artırılması və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi istiqamətində birgə layihələrin müzakirəsi olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Mərkəzin nümayəndələri universitetdə həyata keçirilən karyerayönümlü layihələr, tələbə və məzunların peşəkar inkişafına xidmət edən proqramlar, işəgötürənlərlə qurulan əməkdaşlıq mexanizmləri barədə ətraflı məlumat veriblər. Tələbələrin real iş mühiti ilə tanışlığının artırılması, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün şirkətlərlə birbaşa əlaqələrin əhəmiyyəti vurğulanıb. Mərkəz əməkdaşları tərəfindən “Rəqəmsal tələbə inkişaf proqramı”, “Rəqəmsal bacarıqlar bootcampı” və “Mentorluq proqramı” kimi layihə istiqamətləri üzrə əməkdaşlıq təklifləri, həmçinin tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi məsələləri irəli sürülüb.

“PROSOL” QSC-nin nümayəndələri şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr və xüsusilə kibertəhlükəsizlik sahəsində gördüyü işlər barədə təqdimatla çıxış ediblər. Çıxışlarda rəqəmsallaşma və süni intellekt sahələri üzrə birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü qeyd edilib. Şirkət nümayəndələri tələbələr üçün ustad dərsləri və təlimlərin təşkili, universitetdə müasir rəqəmsal laboratoriyaların yaradılması istiqamətində dəstək ola biləcəklərini vurğulayıblar.

Tərəflər əməkdaşlığın davamlı xarakter alması, tələbələrin müasir əmək bazarının tələblərinə uyğun hazırlanması və kibertəhlükəsizlik kimi strateji sahədə ixtisaslı kadrların formalaşdırılmasının vacibliyini qeyd ediblər.

Əvvəlki Yazı

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi qaydaları təsdiqləndi

Növbəti Yazı

Nadir şahın tarixi portreti sənədlərin dili ilə – XVIII əsr rus mənbələri Azərbaycan dilində

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.