Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçı ilə telefon danışığı apararaq Türkiyənin İrandan atılan raketi vurması ilə bağlı hadisəni müzakirə edib. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Mənbə bildirib ki, “Nazirimiz İrandan Türkiyənin hava məkanına doğru irəlilədiyi aşkarlanan və sonradan zərərsizləşdirilən ballistik raketin buraxılmasına Türkiyənin reaksiyasını çatdırıb. O, münaqişənin gərginləşməsinə səbəb ola biləcək hər hansı bir addımdan çəkinməli olduğunu bildirib”. (Tass)
