ABŞ Şimali Koreya ilə ilkin şərtlər olmadan danışıqlara hazırdır. Bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib.
Pentaqonun müdafiə nazirinin müavini Vaşinqtonda Xarici Əlaqələr Şurasında çıxış edərkən qeyd edib ki, “Və sonra diplomatiya var, onlar deyirlər: biz Çinlə, Rusiya ilə danışıqlara hazırıq. Ağ Ev sadəcə Şimali Koreya ilə danışıqlara heç bir ilkin şərt olmadan hazır olduğunu bildirib”. Kolbi təfərrüatları açıqlamayıb. (Tass)
