Fransa prezidenti Emmanuel Makron Fələstin-İsrail münaqişəsi səbəbindən komandasında parçalanmaya görə kadr dəyişikliyi edə bilər. Bu barədə “Avropa 1” radiostansiyası məlumat yayıb.
Onun sözlərinə görə, Fransa liderinin administrasiyasında “klanlar arasında hesablaşma və döyüş atmosferi hökm sürür”. Eyni zamanda, ziddiyyətlər “bütün səviyyələrdə” hiss olunur.
Radiostansiya Makronun müşavirlərindən birinə istinadən qeyd edib ki, İsrail və radikal Fələstinin HƏMAS hərəkatı arasında münaqişə “prezident komandasında dərin parçalanmaya səbəb olub, bəzi işçilər bir-biri ilə danışmağı dayandırıb”.
Eyni zamanda radiostansiya etiraf edir ki, yaranmış ziddiyyətlərə görə Fransa prezidenti kadr dəyişikliyi etmək qərarına gələ bilər. (Tass)