İyun 20, 2025-21:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ağdamın siyasi yolla azad olunması Prezident İlham Əliyevin diplomatik qələbəsidir – AÇIQLAMA

2023:11:20 - 12:41
in SİYASƏT
A A
Bu gün 20 Noyabr – Ağdam Şəhəri Günüdür. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsindən sonra 2020-ci il noyabrın 20-si hərb tariximizə Ağdam şəhərinin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Bununla bağlı AZƏRTAC-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Ağdam şəhərinin üç il bundan əvvəl siyasi yolla azad edilməsinin əhəmiyyətinə toxunub.

O bildirib ki, ümumiyyətlə 2020-ci il noyabrın 20-də Ağdam şəhərinin erməni işğalından siyasi yolla – bir güllə belə atılmadan azad edilməsi Prezident İlham Əliyevin diplomatik qələbəsidir. Bu qələbə dövlətimizin hərbi müstəvidə olduğu kimi, siyasi müstəvidə də son dərəcə güclü olduğunu sübut edir. Ali Baş Komandan Ağdamın diplomatik yolla azadlığına nail olmaqla Silahlı Qüvvələrimizin hərbi uğurlarını siyasi müstəvidə də davam etdirdi. Bütün dünya Azərbaycanın hərbi qələbələrinin diplomatik platformada davamına şahid oldu.

Polkovnik qeyd edib ki, dövlət başçısı Ağdamın siyasi yolla azadlığına nail olmaqla, həm də çoxlu sayda hərbçimizin həyatını xilas etdi: “Ağdamın 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatına uyğun olaraq diplomatik yolla azad edilməsinin hərbi baxımdan da mühüm nəticələri oldu. Belə ki, şəhərin döyüşsüz alınması yüzlərlə, minlərlə hərbçimizin həyatını xilas etdi, əlavə itkilərdən qaçmağa imkan verdi. Dövlətimizin başçısı bununla bir daha Azərbaycan hərbçisinə, onun həyatına və təhlükəsizliyinə necə böyük önəm verdiyi ortaya qoydu. Bu fakt bir daha sübut etdi ki, Ali Baş Komandan üçün hər bir əsgərin, hər bir zabitin həyatı əzizdir və Vətən müharibəsi dövrünün hər bir anında dövlət başçısı bu amilə çox böyük həssaslıqla yanaşıb.

Ağdam Şəhəri Günü münasibətilə xalqımızı təbrik edirəm. Əminəm ki, qısa zamanda doğma Ağdamımızın yenidən çiçəklənməsinə şahid olacaq, onun tərəqqisi ilə fəxr edəcəyik”.

Əvvəlki Yazı

Bəşir Hacıyev: Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur

Növbəti Yazı

Müharibədən əziyyət çəkmiş qadınların reabilitasiyası və şəxsi inkişafına dəstək layihəsinə başlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.