ABŞ prezidenti Donald Tramp hesab edir ki, İsrail prezidenti İsaak Hersoq Baş nazir Benyamin Netanyahuya qarşı məhkəmə istintaqını dərhal dayandırmalıdır. Tramp hesab edir ki, Netanyahu İrandakı əməliyyatlara diqqət yetirməlidir.
21 noyabr 2019-cu ildə İsrailin Baş prokuroru Netanyahunu rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadə kimi üç maddə ilə ittiham etmək qərarını elan etdi. Baş nazir dəfələrlə ona qarşı irəli sürülən bütün ittihamları rədd etsə də, istintaq hələ də davam edir.
Tramp Axios portalına verdiyi müsahibədə bildirib : “İstəyirəm ki, o, bu lənətə gəlmiş məhkəməyə yox, müharibəyə diqqət yetirsin. İstəyirəm ki, Bibinin (Binyamin Netanyahu ) yeganə narahatlığı İrana qarşı mübarizə olsun”.
O, həmçinin bildirib ki, İsrail prezidenti son bir ildə Netanyahunu beş dəfə əfv edəcəyinə söz verib. İsrailin yüksək vəzifəli rəsmisi portala verdiyi şərhdə bu məlumatı təkzib edib. (Tass)
