İyun 28, 2026-14:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qarabağ Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş monoqrafiyanın təqdimatı olub

2026:03:06 - 12:36
in SOSİAL
A A

Qarabağ Universitetində Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimovun müəllifi olduğu və Universitetin Elmi Şurasının qərarı ilə nəşr edilən “Birinci Türkoloji Qurultayda ortaq əlifba, imla və ədəbi dil məsələləri” adlı monoqrafiyanın təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək, nəşrin elmi əhəmiyyətini yüksək qiymətləndirib. Rektor əsərin türkologiya sahəsi üçün aktuallığını, dilçilik problemlərinin sistemli araşdırılmasına verdiyi töhfələri diqqətə çatdırıb. Ş.Bayramov bu fundamental tədqiqatın məhz Qarabağ Universiteti tərəfindən nəşr olunmasının ali təhsil ocağı üçün mühüm hadisə olduğunu qeyd edib.

Universitetin Filologiya kafedrasının müdiri Əzizağa Nəcəfov çıxışında bildirib ki, əsər həm tarixi mirasın müasirliklə qovuşduğu bir diskurs yaradır, həm də türk xalqlarının ortaq gələcəyi üçün nəzəri və praktik əsaslandırılmış tövsiyələr irəli sürür.

Ə.Nəcəfov qeyd edib ki, tədqiqatın elmi keyfiyyəti müəllifin geniş mənbə bazasına istinad etməsi ilə də sübut olunur. Belə ki, əsər Azərbaycan, türk və rus dillərində 316 adda ədəbiyyat, arxiv materialları, habelə çoxşaxəli müqayisəli analizlər əsasında ərsəyə gəlib.

Monoqrafiyanın müəllifi Elçin İbrahimov göstərilən diqqət və dəyərə görə təşəkkürünü bildirərək, həm Qarabağ Universitetinin, həm də Birinci Türkoloji Qurultayın tarixində belə bir töhfənin hazırlanmasında iştirak etməyin onun üçün böyük qürur olduğunu qeyd edib.

Qeyd edək ki, Qarabağ Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş silsilə elmi və akademik tədbirlərin keçirilməsi istiqamətində

Əvvəlki Yazı

Mingəçevir Dövlət Universitetində bölgənin ən böyük su araşdırmaları laboratoriyası açılıb

Növbəti Yazı

Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.