Avqust 16, 2026-8:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Deputat: Naxçıvana dron hücumu regionda gərginliyi artıran təhlükəli addımdır

2026:03:06 - 15:58
in SİYASƏT
A A

ABŞ və İsrailin İranın nüvə obyektlərini və hərbi potensialını məhv etmək məqsədilə başladıqları əməliyyatın beynəlxalq hüquq baxımından nə dərəcədə doğru olduğu sualı, məncə, bu başsız rejimin Naxçıvana dron həmləsindən sonra aktuallığını itirdi. Təbii ki, hər bir ölkənin suverenliyi toxunulmazdır. Amma suverenliyi darmadağın edilmiş ölkənin özünün də digərlərinə yanaşmada eyni addımlar atması düzgün deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev söyləyib.

O bildirib ki, Naxçıvana edilən dron hücumları bir çox cavabsız suallar doğurur.

“Tutaq ki, Körfəz ölkələrində ABŞ-nin hərbi bazaları olduğu üçün İran onları hədəfə götürmüşdü. Yaxşı, bəs Naxçıvana edilən dron həmləsi nə ilə bağlıdır? Orada ABŞ-nin yaxud da İsrailin hərbi bazaları varmı və o baza Şəkərabad kəndində, dronun lap yaxınlığına düşdüyü məktəbdədirmi? Bəlkə, Naxçıvan Beynəlxalq Hava Limanının yük terminalındadır? Ona görə də beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan bir ölkəyə qarşı digər ölkələrin ehtiyatla davranacağını düşünmürəm. Öz növbəsində, həmin ölkə indiyədək etdiyi pisliklərə baxmayaraq, Azərbaycana qarşı nankorcasına davrandı, halbuki Azərbaycan ona kömək əli uzatmış, suverenliyini açıq şəkildə dəstəkləmişdi. İranın bu hərəkətinin ardından, başda üç qardaş türk dövlətinin prezidentləri olmaqla, bir neçə ölkə rəhbəri Prezident İlham Əliyevə telefon zəngi etdi. Digərləri isə xarici işlər nazirləri səviyyəsində reaksiyalarını bildirdilər. Bütün bu hadisələri də həm İrandakı başsız rejim, həm də o rejimin illərdir yeritdiyi siyasətdən əziyyət çəkən xalqlar gördülər. Bunun nə anlam daşıdığını da yaxşı bilirlər”, – deyə deputat vurğulayıb.

Əvvəlki Yazı

İran Azərbaycanın mehriban qonşuluq siyasətindən düzgün nəticə çıxarmalıdır

Növbəti Yazı

Tehranın şərqində partlayışlar baş verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.