Avqust 16, 2026-16:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Baş verənlərə görə siyasi və hüquqi məsuliyyət İran hökuməti və ordusunun üzərinə düşür

2026:03:06 - 16:38
in SİYASƏT
A A

Azərbaycan və İran arasında münasibətlər tarixən mürəkkəb geosiyasi və demoqrafik amillərlə bağlı olub və bu münasibətlər regionun tarixi inkişaf prosesləri ilə sıx şəkildə əlaqəlidir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai deyib.

Deputat qeyd edib ki, İranla münasibətlərdə zaman-zaman müəyyən gərginliklər yaşansa da, ölkəmizə qarşı qeyri-qanuni əməllər törədilsə də, Azərbaycan tərəfi daim təmkinli mövqe nümayiş etdirib, məsələlərin diplomatik və hüquqi müstəvidə həllinə üstünlük verib.

Nigar Arpadarai qeyd edib ki, baş verənlərlə bağlı müxtəlif versiyalar irəli sürülə bilər və bəziləri hadisəni təsadüf, ayrı-ayrı hərbi şəxslərin özbaşına hərəkəti və ya üçüncü tərəfin təxribatı kimi təqdim etməyə çalışa bilər.

“Lakin dövlətlərarası münasibətlərin qurulduğu sadə bir prinsip var: hər bir dövlət öz ərazisindən qonşulara qarşı birbaşa və ya dolayı təhlükələrin yaranmamasını bütün mümkün vasitələrlə təmin etməlidir. Qonşu ölkələrin ərazisindən hədəfli döyüş sursatları uçub gəlməməlidir. Hər bir dövlət öz ərazisində baş verənlərə görə məsuliyyət daşıyır. Suverenlik prinsipinin mahiyyəti də məhz budur”, – deyə o əlavə edib.

Nigar Arpadarai vurğulayıb ki, baş verənlərə görə siyasi və hüquqi məsuliyyət İran hökuməti və ordusunun üzərinə düşür. Bu məsuliyyət təkcə hadisənin araşdırılmasını deyil, həm də araşdırmanın nəticələrinin Azərbaycan tərəfinə şəffaf şəkildə təqdim olunmasını tələb edir.

Onun sözlərinə görə, İranın beynəlxalq hüququn, sülh və mehriban qonşuluq prinsiplərini pozması Azərbaycanı milli maraqlarını və təhlükəsizlik ehtiyaclarını nəzərə alaraq müvafiq addımlar atmağa vadar edir.

Əvvəlki Yazı

“AzerGold” xüsusi mükafata layiq görülüb

Növbəti Yazı

İranın Naxçıvana dron hücumu regional təhlükəsizlik üçün ciddi təhdiddir 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.