Türk Hava Yolları İrana uçuşları 20 marta qədər, Pegasus isə 12 marta qədər ləğv edib və digər aviaşirkətlər ən azı 9 marta qədər uçuşlar həyata keçirməyəcək. Bu barədə Türkiyənin nəqliyyat naziri Əbdülqədir Uraloğlu bildirib.
Nazir H.H. bildirib ki, “Bu gündən etibarən Türk Hava Yolları, AJet, Pegasus və SunExpress tərəfindən həyata keçirilən İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşlar 9 martın sonuna qədər dayandırılıb. Bundan əlavə, Pegasus Hava Yolları İrana uçuşları 12 marta, Türk Hava Yolları isə 20 marta qədər cədvəlindən çıxarıb”.
O, həmçinin bildirib ki, “Hələb istisna olmaqla, İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyanın hava məkanı bağlı qalır”. Uraloğlu yazıb: “Oman, İordaniya və Səudiyyə Ərəbistanında qismən uçuşlar davam edir, BƏƏ-də isə hava nəqliyyatı nəzarət altındadır və məhdudlaşdırılır”. (Tass)
