Türkiyə İrana xəbərdarlıq edib ki, ərazisinə yeni raketlərin atılması qəbuledilməzdir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) İstanbulda keçirilən qeyri-rəsmi nazirlər görüşünün yekununda bildirib.
Türkiyənin xarici işlər naziri bildirib ki, “İrana çatdırmışıq ki, bu cür raket buraxılışlarının baş verməsinə icazə verilməməlidir”.
