Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiya hakimiyyətinin Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarını şərh edib.
Onun sözlərinə görə, indi vəziyyətə təsir etmək çətin ki, mümkündür, çünki ölkələr arasında dialoq yoxdur və Rusiya dialoqun məhdudlaşdırılmasının təşəbbüskarı olmayıb.
Peskov vurğulayıb ki, Finlandiya və Rusiya arasında qarşılıqlı hörmətə əsaslanan yaxşı, praqmatik münasibətlər var, ona görə də mövcud vəziyyət dərin təəssüfdən başqa heç nəyə səbəb deyil.
“Biz təəssüf edirik ki, bu münasibətlər qonşu ölkə rəhbərliyinin sadiq qaldığı rusofob mövqe ilə əvəzlənib”, – Kreml nümayəndəsi əlavə edib. (Qazeta.ru)