İranın Ankaradakı səfiri İslam Respublikasının ölkəyə qarşı yeni raket hücumu ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə NTV televiziya kanalı nazirlikdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələr qeyd ediblər ki, “İranın Ankaradakı səfiri İran ərazisindən Türkiyəyə doğru ballistik raketin atılması ilə bağlı hadisəni izah etmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”.
Martın 9-da Türkiyə Müdafiə Nazirliyi İrandan atılan yeni raketin ölkə səmasında tutulduğunu bildirib. Raket NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən Şərqi Aralıq dənizində vurulub. Raketin qəlpələri Türkiyənin cənub-şərqindəki Qaziantep əyalətinə düşüb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
