İyun 23, 2025-8:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda halal dərmanların hansı qaydada istehsal ediləcəyi məlum olub – EKSKLÜZİV0

2023:11:20 - 15:03
in İQTİSADİYYAT
A A

“Halal dərman vasitələri dedikdə, sözügedən dövlət standartına cavab verən və həmin standarta uyğunluğu təsdiqləyən sertifikatı olan dərman vasitələri nəzərdə tutulur”.

Bunu “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye sahəsinin standartlaşdırılması şöbəsinin müdiri Sehranə Rzayeva deyib.

O bildirib ki, halal dərman tərkibində İslam qaydalarına uyğun olaraq icazə verilən inqrediyentləri olan əczaçılıq məhsullarıdır: “Bu növ dərmanlarda insan və ya heyvan mənşəli qan, haram hesab edilən heyvan mənşəli, eyni zamanda, digər halal olmayan komponentlərdən istifadə olunmur. Qeyd edim ki, standart həm ölkə daxilində istehsal olunan, həm də ölkəyə idxal edilən halal dərman vasitələrinə aid edilir”.

Qurum rəsmisi həmçinin bildirib ki, halal dərman vasitələri ilə bağlı dövlət standartı da daxil olmaqla, ümumilikdə bütün standartların tətbiqi könüllü əsaslarla həyata keçirilir:

“Qanunvericiliyin tələblərinə əsasən təsərrüfat subyektləri tərəfindən müəyyən standart, məsələn halal dərman vasitələri ilə bağlı dövlət standartı tətbiq olunursa, onda həmin standartların tələblərinə riayət olunmalıdır. Belə ki, uyğunluğun qiymətləndirilməsi təmin edildikdən sonra təsərrüfat subyektləri bu standartın tələblərinə riayət etmədikləri təqdirdə, bu, istehlakçıların aldadılması halı kimi qiymətləndirilir və həmin təsərrüfat subyektləri qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS OIC/SMIIC 50-1:2023 “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” yeni dövlət standartını qəbul edib.

Əvvəlki Yazı

Pakistanın birinci xanımı Azərbaycanın stendini ziyarət edib

Növbəti Yazı

Deputat: Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.