Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İran Prezidenti Məsud Pezeşkyan ABŞ və İsrailin təcavüzü qarşısında İslam Respublikasına verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edib.
İran prezidentinin mətbuat xidməti bildirib ki, “Pezeşkian da öz növbəsində Rusiyaya İran İslam Respublikasına verdiyi dəstəyə görə təşəkkür edib”.
“Söhbət zamanı İran prezidenti Rusiya liderinə İsrail və ABŞ-ın İslam Respublikasındakı mülki infrastruktur obyektlərinə endirdiyi zərbələr barədə məlumat verib və bu cür hərəkətlərin beynəlxalq səviyyədə pislənməsinə çağırıb”, – deyə bəyanatda bildirilir.
İran prezidentinin mətbuat xidməti qeyd edib ki, Putin Pezeşkianla söhbətində Rusiyanın münaqişənin mümkün qədər tez başa çatması üçün lazım olan hər hansı dəstəyi göstərməyə hazır olduğunu bildirib.
