İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İranın elit hərbi bölməsi) İsrailə və Yaxın Şərqdəki ABŞ bazalarına qarşı “Əsl Vəd 4” əməliyyatının son mərhələsində 2 tonluq döyüş başlığı olan raket atıb. Hərbçilərin bəyanatı İran dövlət televiziyası tərəfindən yayımlanıb.
Bəyanatda deyilir: “Əsl Vəd 4 Əməliyyatının 37-ci mərhələsində ABŞ mövqelərinə 2 tonluq döyüş başlığı olan yeni Xorrəmşəhr 4 raketləri ilə zərbələr endirdik”.
