İranın dəniz limanlarına qarşı belə hücumlar edilərsə, İran Yaxın Şərq limanlarına zərbə endirəcək. Bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin sözçüsü bildirib.
İranın dövlət televiziyası onun sözlərini sitat gətirib: “Əgər limanlarımız və körpülərimiz təhlükə altında olarsa, bölgədəki bütün limanlarınız və körpüləriniz qanuni hədəfimizə çevriləcək”. (Tass)
