ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İrana eyni güclə zərbə endirməyə davam etmək niyyətindədir.
Kentukkiyə yola düşməzdən əvvəl Ağ Evin Cənub Çəmənliyində jurnalistlərə verdiyi müsahibədə Vaşinqtonun İrana qarşı əməliyyatı dayandırmaq üçün hansı hərbi tədbirlər görməli olduğu soruşulduqda, Tramp ABŞ-ın “əvvəlkindən daha çox şey edəcəyini” bildirib. O, İranın “hərbi dəniz və ya hava qüvvələrinin qalmadığını” iddia edərək “bunun hara aparacağını görəcəyik” deyib.
“Biz daha sərt davrana bilərik”, – deyə Amerika administrasiyasının rəhbəri bildirib və əlavə edib ki, ABŞ guya “müəyyən şeylərə toxunmur”. “Əgər biz onları vursaydıq və bu gün onları bir saat ərzində məhv edə bilsək, onlar heç vaxt özünə gələ bilməzlər”, – deyə ABŞ prezidenti izah edib. (Tass )
