ABŞ prezidenti Donald Tramp İrandakı məktəbə raket hücumunda ABŞ ordusunun məsuliyyət daşıdığını müəyyən edən Pentaqonun ilkin araşdırmasının nəticələrindən xəbərsiz olduğunu iddia edir.
Jurnalistlər ondan baş komandan kimi hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb-götürməyəcəyini soruşublar. O, Ağ Evin Cənub Çəmənliyində mətbuata verdiyi açıqlamada bildirib ki, “Mən bu barədə məlumatlı deyiləm”. (Tass)
