Aprel 23, 2026-20:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

AMB: Rəqəmsal maliyyənin inkişafı istehlakçıların qorunmasından asılıdır

2026:03:12 - 11:48
in İQTİSADİYYAT
A A
Rəqəmsal maliyyənin inkişafı istehlakçıların qorunmasından asılıdır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev Bakıda keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” forumunda bildirib.

Sədr müavini deyib ki, son illərdə rəqəmsallaşma qlobal maliyyə sisteminin əsas sütununa çevrilib: “Elektron ticarət, mobil bankçılıq və innovativ fintex həlləri sayəsində xidmətlərin əlçatanlığı əhəmiyyətli dərəcədə artıb. Bu dəyişikliklər təkcə rahatlıq deyil, həm də maliyyə inklüzivliyinin genişlənməsinə və yeni biznes modellərinin yaranmasına xidmət edir”.

T. Əliyev vurğulayıb ki, innovasiyaların sürətli tətbiqi ilə yanaşı, kibertehlükəsizlik və fərdi məlumatların qorunması məsələləri daha da aktuallaşır: “Maliyyə sektorunun dayanıqlı inkişafı istehlakçıların hüquqlarının etibarlı müdafiəsindən asılıdır. Bu məqsədlə rəqəmsal maliyyə savadlılığının üç əsas komponenti diqqət mərkəzində saxlanılmalıdır”.

O əlavə edib ki, birinci növbədə, rəqəmsal bankçılıq bacarıqlarının inkişaf etdirilməsi vacibdir: “Bura elektron pul kisələrindən və müasir ödəniş alətlərindən düzgün və effektiv istifadə qaydaları daxildir. İkinci mühüm istiqamət olan strateji planlama sayəsində vətəndaşlar rəqəmsal alətlər vasitəsilə öz xərclərini təhlil edə və daha səmərəli investisiya qərarları verə bilərlər. Nəhayət, rəqəmsal təhlükəsizlik qaydalarının mənimsənilməsi, xüsusilə güclü şifrələrin yaradılması və fişinq kimi kiberhücumlardan qorunma yollarının öyrənilməsi istehlakçıların şəxsi məlumatlarının təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Əvvəlki Yazı

Dövlət Agentliyi: İstehlakçı hüquqları ilə bağlı müraciətlərin 30 faizi rəqəmsal sahə ilə bağlıdır

Növbəti Yazı

İranda 12 gündür internet bağlantısı yoxdur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.