Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın ərazi bütövlüyünün pozulmasının və ya ölkədə hakimiyyət dəyişikliyi planlarının qəbuledilməz olduğunu bildirib.
“İranın ərazi bütövlüyü ilə bağlı heç bir problemi olmamalıdır. Həmçinin rejim dəyişikliyi məqsədini də güdməməlidir. Region mümkün qədər tez normal həyata qayıtmalıdır. Bu məsələdə, əlbəttə ki, Almaniya və digər Avropa ölkələri ilə əməkdaşlıq etməyi vacib hesab edirik”, – deyə o, Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. (Tass)
