Yaponiya və ABŞ öz orduları arasında məxfi məlumat mübadiləsini genişləndirmək qərarına gəliblər. Bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bu, Yaponiya Özünümüdafiə Qüvvələri ilə ABŞ Silahlı Qüvvələri arasında yüksək məxfi məlumatların mübadiləsi ilə bağlıdır. Agentliyin məlumatına görə, bu mövzu Yaponiya Baş naziri Sanae Takaiçi ilə ABŞ Prezidenti Donald Tramp arasında Yaponiya Baş nazirinin Vaşinqtona səfəri zamanı keçiriləcək danışıqlar zamanı müzakirə olunacaq. Takaiçinin ABŞ-a səfəri mart ayının sonunda gözlənilir. (Tass)
