İyun 29, 2026-3:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Novruz və Ramazan bayramları münasibətilə Xaçmazda şəhid, qazi ailələrinə, ağsaqqallara bayram sovqatları göndərilib

2026:03:13 - 13:45
in SOSİAL
A A

Novruz və Ramazan bayramları münasibətilə 57 saylı Seçki Dairəsi üzrə Xaçmaz rayonundan 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdə rayonlarından isə 255 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatlarının çatdırılması təmin edilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev bayramlar münasibətilə seçicilərinə, ağsaqqallara, şəhid, qazi ailələrinə təbrik ünvanlayıb və onlara xoş arzularını çatdırıb.

Bildirilib ki, Novruz bayramı xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur, öz tarixi keçmişimizə yüksək ehtiramımızı və milli dəyərlərimizə dərin bağlılığımızı nümayiş etdirir.

Müqəddəs “Qurani-Kərim”in nazil olduğu və on bir ayın sultanı sayılan mübarək Ramazan ayı Ulu Tanrının mərhəmət və lütfünün ən yüksək dərəcədə təzahür etdiyi saflıq, xeyirxahlıq və ruzi-bərəkət ayıdır.

Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə dualar oxunur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsi dərin ehtiramla yad edilir və igid qazilərimizə şəfalar dilənir.

Xalqımız Novruz və Ramazan bayramlarını son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur mənbəyimiz olan Şanlı Zəfərimizin və Böyük Qayıdışımızın dogurduğu qalibiyyət ovqatı və fəxarət hissi İlə qeyd edir.

Həmçinin Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə rayon rəhbərliyinin, geniş ictimaiyyətin nümayəndələrinin, ağsaqqalların, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının və oruc tutan sakinlərin iştirakı ilə Xaçmaz rayonunda 550 nəfərlik iftar mərasimi təşkil olunub.

Əvvəlki Yazı

“ASAN Viza” portalının türkmən dilində versiyası istifadəyə verilib

Növbəti Yazı

ÜHST Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusu təsdiqləyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.